Asim Mollazadə: “Fransada sağ və sol qüvvələr xaricdən dəstək alır" ÖZƏL-MÖVQE

“Fransada sağ və sol qüvvələr xaricdən dəstək alır. Təbii ki, xaricdəki qüvvələrin də əsas məqsədi Avropa Birliyinin daxilində Avropanın ən əsas ölkələrinin birində xaos yaratmaqdır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə Fransada davam edən aksiyalara münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, Azərbaycan bu prosesləri sadəcə olaraq kənardan müşahidə edir: “ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa hadisələri ilə bağlı reaksiyasına gəlincə onlar düşünürlər ki, hansısa Avropa Birliyi ölkələrinin təzyiqləri və yaxud da iqlim problemləri ilə bağlı hamını bu oxşar problemlərə yaxınlaşdırmaq vəziyyəti yaranır. Çünki Fransa prezidenti Emmanuel Makron Paris sazişini tələblə ABŞ-a da təzyiq etmək istəyirdi. Bildiyiniz kimi ABŞ Paris sazişindən çıxdı. Türkiyənin isə bu proseslərdə hansısa marağı yoxdur. Hazırda Fransada davam edən aksiyalarla bağlı danışıqlar gedir. Hökumət güzəştlərə getmək istəyir. Mənə elə gəlir ki, hökumət ciddi güzəştlərə getsə, vergiləri azaltsa, ola bilər ki proseslər səngisin”.

Qeyd edək ki, Fransada keçirilən kütləvi etiraz aksiyaları zamanı iki minə yaxın şəxs həbs edilib, 130 yaxın şəxs yaralanıb. Xalq etirazlarını yatırtmaq üçün ölkə üzrə 89 mindən çox polis cəlb edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə