"Paşinyan iki yolda eyni vaxtda hərəkət edə bilməz" ÖZƏL-ŞƏRH

“Ermənistanda indiyədək keçirilmiş hansısa seçki nəticəsində formalaşmış parlament və hökumət, eləcə də, prezident-ümumən, hansısa bir mərkəzi dövlət orqanı, hətta bələdiyyə səviyyəsində belə, mehriban qonşuluq, işğalçılığa, terrora, separatçılığa son qoymaq barədə gerçək addım atılıbmı? – İstisnasız olaraq, YOX! – Belə, bir acı təcrübə ortadaykən, bugünkü parlament seçkisindən sonar hansısa fövqəladə dəyişikliyin olacağına inanmaq sadəlöhvlük olardı”. Bunu SİA-ya açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.

Onun sözlərinə görə, Qafqaz üçün, Ermənistanın bütün qonşuları üçün, ilk növbədə Ermənistanın özü üçün ən yaxşısı o olardı ki, yeni parlament dövlət siyasətini, onun fəlsəfəsini dəyişə. Ancaq bu olacaqmı? – Baxın, bu seçkinin təşəbbüskarı Paşinyan və onun komandası deyilmi? – Bəs, Paşinyan hökumət başçısı olduqdan sonra, barış üçün, işlaçılıq siyasətindən imtina üçün hansı addımı atdı? – Əksinə, demokrtaiya libasında ikinci Sarkisyan, üçüncü Köçəryan oldu, desək, daha düzgün olardı.

Deyilə bilər ki, Paşinyan parlamentdə çoxluğa malik deyildi, hakimiyyətini möhkəmlətməmişdi və s . bunlar anlaşılan məsələlərdir, etiraz etmirəm. Ancaq, mənə elə gəlir ki, Paşinyan iki yolda eyni vaxtda hərəkət edə bilməz və mövqeyini bəlli etməliydi: gerçək, ədalətli sülh yolunumu tutur, yoxsa, oyunbazlıqla, işğalçılıq siyasətini davam etdirmək yolunumu? – Əgər birinci yolu tuturdusa, Dilqəm Əsgərov, Şahbaz Quliyevlə bağlı hansı ədalətli mövqe nümayiş etdirdi? Yaxud hərbi çağırışçı oğlunu niyə məhz Azərbaycanın işğal edilmiş ərazisinə göndərirdi? Bəs dəfələrlə işğal edilmiş ərazilərə niyə gəlirdi? Azərbaycana qarşı məlum bəya¬natları niyə verirdi? Separatçıların liderini ATƏT-in Minsk Qrupu həmsədri olan ölkələrə niyə göndərirdi? Bütün bu və bənəzri hərəkətlərdən sonar Paşinyana, onun tərəfdarlarına hansı məntiqlə inanmaq olar?

Artıq gələn xəbərlərə görə, Serj Sarkisyan bugün səsvermə məntəqəsindən çıxarkən yumurta atəşinə tutulub, təhqir edilib; başqa bir xəbərə görə, seçici fəallığı aşağı səviyyədə olub və Paşinyan seçkinin gedişində xalqa, seçki məntəqələinə gəlməklə bağlı bir daha müraciət etməyə məcbur olub və s. bunlar, Paşinyanın bu seçkilərdən rəqiblərinə mümkün olduğunca ağır zərbə vurmaq, tərəfdarlarının həlledici sayda mandat qazanmasına çalışmaq niyyətinin göstəriciləridir. Vaxtı ilə gülləbarana məruz qalan “parlament ənənəsi”nə, başqa bir seçkidə kütləvi həbslər və qətillərlə müşayiət edilən ictimai-siyasi davranış “etika”sına malik erməni toplumu, bu seçkidən sonar da təbəddülatlardan çətin qurtula. Qurtuluşun bircə yolu var: qonşularla normal münasibət, işğalçılıqdan rəsmən imtina, oyunbazlıqlara son vermək! – Belə addımlar Ermənistanı həqiqi inkişaf reyslərinə çıxara bilər. Yoxsa, “həm işğalçı, həm demorkat” oyununun pərdəsi əvvəl-axır yırtılacaq və erməni xalqı siyasilərin mənafe oyunlarının növbəti qurbanlarını verməli olacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə