"Parlaq Ermənistan" partiyası həyəcan doğuran məlumatlar alır

"Parlaq Ermənistan" partiyası seçki məntəqələrindən həyəcan doğuran məlumatlar alır və polisə təqdim edir. SİA-nın Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə "Parlaq Ermənistan" partiyasının seçkiqabağı siyahısına başçılıq edən Edmon Marukyan bildirib.

E.Marukyan deyib: "Biz bir neçə həyəcan doğuran məlumat almışıq və operativ şəkildə polislərə bildirmişik. Təbii ki, adlarını açıqlaya bilmərəm, çünki bu, antitəşviqat kimi dəyərləndirilə bilər. Mən polisi həyacan doğuran məlumatlar daxil olduqdan dərhal sonra müvafiq tədbirlər görməyə çağırıram. Çünki bugünkü seçkilərə görə cavabdehlik hazırki hakimiyyət və hüquq-mühafizə orqanlarının üzərinə düşür".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...