Vaqram Baqdasaryanın seçki ofisi pozuntu barədə məlumat yaydı KÜTLƏVİ

Ermənistanın Respublika partiyasından növbədənkənar parlament seçkilərinə qatılan Vaqram Baqdasaryanın seçki ofisi ciddi qanun pozuntuları barədə xəbər yayıb. SİA aysor.am-a istinadən xəbər verir ki, Vanadzor şəhərinin bir sıra seçki məntəqələrində kənar şəxslərin müdaxiləsi ilə açıq-aşkar şəkildə instruktajlar alırlar – bir əllərində 4 saylı (Paşinyanın “Mənim addımım” seçki blokunun nömrəsi) bülletenini, digər əllərində isə başqa bülleten paketlərini tutaraq, seçki urnasına yaxınlaşır, sonra da həmin insanların nəzarəti altında nümayişkəranə şəkildə bülleten paketlərini istifadə edilməmiş bülletenlər üçün ayrılmış yerə atırlar. Məhz bundan sonra hər kəsə məlum səsvermə həyata keçirilir, yəni 4 nömrəli bülleten urnaya atılır.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə