Vanadzora polis gücləri göndərildi Seçki gərginliyi

Ermənistanda gedən növbədənkənar parlament seçkiləri davam etməklə yanaşı, ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən seçki məntəqələrindən qanun pozuntuları ilə bağlı məlumatlar yayılmaqdadır. SİA xəbər verir ki, “Azatutyun” radiosunun qeyd etdiyinə görə, əlavə polis gücü dörd avtobus vasitəsi ilə Vanadzora göndərilib. Radionun suallarını cavablandıran polislər Vanadzora getmə səbəblərini seçki prosesi ilə əlaqələndiriblər.

Lori vilayətinin polis idarəsinin rəisi Aram Kazaryan da bu informasiyanı təsdiqləyib. Lakin digər sualları cavablandırmaqdan yayınıb. “Suallarınıza cavab üçün Ermənistan polisinin mətbuat xidməti ilə əlaqə saxlaya bilərsiniz”, deyə Kazaryan növbəti dəfə suallara cavab verməkdən imtina edib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə