“Serj, sözlərinə görə cavab verməli olacaqsan” Armen Aşotyan

Ermənistanın Respublika partiyasının sədr müavini, növbədənkənar parlament seçkilərində deputatlığa namizədliyi irəli sürülmüş Armen Aşotyan Facebook səhifəsində ABŞ-ın «System of a Down» rok-qrupunda çıxış edən Serj Tankyana onun və təmsil olunduğu öncəki hakimiyyət barədə bəyanatına görə cavabdehlik daşıdığını deyib.

“Serj Tankyan bu gün Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinə münasibət bildirib və nədənsə, öz emosional statusunda məhz mənim sözlərimi şərh edib”, yazan Aşotyan qeyd edib: “Serj, sən nə qədər məşhur olsan da, sevilsən də, ölkəmizin adını nə qədər uca tutsan da, bütün mənalarda öz sözlərinə görə qanun qarşısında cavab verməli olacaqsan. Sən “20 il ərzində ölkəni taladıqdan sonra Aşotyan yazır ki, təbliğat-təşviqat kampaniyasının müddəti qısa olub” deyə qeyd edərkən ya öz iradən olmadan, ya da düşünülmüş şəkildə cinayət barədə məlumat verirsən, şəxsən mənə qarşı ittiham irəli sürürsən və ümid edirəm ki, Ermənistan polisi buna reaksiya verəcək, əks halda, birdəfəlik nəticəyə gəlmək olar ki, ölkəmizdəki ədalət quramadır. İnanıram ki, sən bu sözlərini sübuta yetirmək üçün Ermənistanın güc strukturlarına dəvət olunacaqsan. Artıq elə bir zaman gəlib ki, hər kəs dediklərinə və etdiklərinə görə cavab verməli olacaqlar”.

Armen Aşotyan həmçinin qeyd edib ki, o 12 gün təbliğat müddətinin az olması barədə irəli sürdüyü öz sözlərini növbəti dəfə təsdiq edir. “Hə, 12 gün azdır, lakin mən səni və sənin ideya əqidədaşlarını təəssüfləndirməli olacağam: biz bu 12 gündə əlimizdə və imkanımızda olan hər şeyi təqdim edərək, komandamızın potensialını göstərdik...”.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə