Partiya namizədi seçkidəki pozuntulardan danışdı

Ermənistannın Respublikaçı Partiyasından olan namizəd Vaqad Baqdasaryan Vanadzorda bir sıra seçki məntəqələrində qanun pozuntularının olduğunu qeyd edib. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, o bu barədə bəyanatla çıxış edib.

Vanadzordakı 23/54 və 23/53 saylı məntəqələrdə təşviqat plakatlarının asılması faktları qeydə alınıb: "Bülletenlərin bir tərəfdən keçirilməsi və digər bülletenlərin qalan hissəsinin saxlanması müşahidə olunub”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə