Seçki məntəqələrindən narahatedici məlumatlar alırıq Edmon Marukyan

“İşıqlı Ermənistan” partiyası ölkənin seçki məntəqələrindən narahatedici xəbərlər almaqdadır. SİA panorama.am-a istinadən xəbər verir ki, bu barədə adıçəkilən partiyanın deputatlığa namizədi Edmon Marukyan səsvermədən sonra jurnalistlərlə söhbətində deyib.

O, qeyd edib ki, artıq seçkilərə müdaxilə edilənlərlə bağlı polisə müraciət edilib və bildirib ki, hələlik adları çəkə bilməz, çünki belə olan halda onun sözləri anti-təbliğat kimi qiymətləndirilə bilər. Marukyan seçicilərə müraciət edib: “Narahatedici məlumatlardan sonra polisi müvafiq addımlar atmağa çağırıram. Belə ki, seçkilərə 1 nömrəli cavabdeh mövcud hakimiyyət və hüquq-mühafizə orqanlarıdır”.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə