Ermənistanda seçkilərində seçicilər səs verə bilməyib

Ermənistanda parlament seçkilərində seçici səs verə bilməyib. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, seçici seçki məntəqəsinə gəlib və səsvermə kabinəsindən uzun müddət çıxmayıb.

Seçki komissiyasının rəhbəri Karine Saribekyan seçicidən hər hansı bir problemin olub-olmamasını soruşub. Seçici öz növbəsində bildirib ki, reytinq sistemi üzrə namizədlərdən heç birini tanımır.

Daha sonra seçici zərf seçki qutusuna atıb və lakin "Sputnik Armenia"nın müxbirinə səs verə bilmədiyini və səsvermə vərəqini qaytarmaq istəmədiyinə görə qutuya atdığını bildirib.
Qeyd edək ki, Ermənistan qanunverici orqanında yerlər üçün 11 siyasi güc mübarizə aparır - 9 partiya və 2 blok.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə