Seçkilərin nəticəsini gözləyirəm Serj Sarkisyanın adamı

Ermənistanın Respublika partiyasının sədr müavini Armen Aşotyan səsvermədə iştirak etdikdən sonra jurnalistlərin suallarını cavablandırıb. SİA aysor.am-a istinadən xəbər verir ki, hələlik onların seçki qərargahlarına texniki və s. nöqsanlarla bağlı siqnallar daxil olmaqdadır.

Respublika partiyasının parlamentdə düşməyəcəyi halda hansı addım atacağı sualını da cavablandıran Aşotyan deyib ki, o optimal əhval-ruhiyyədədir. “Gəlin seçkilərin nəticələrini gözləyək, mən optimal əhval-ruhiyyəyə kökləənmişəm”, deyə Nikol Paşinyan tərəfindən hakimiyyətdən atılmış partiyanın təmsilçisi bildirib.

Xatırladaq ki, təbliğat-təşviqat zamanı Armen Aşotyan parlamentə düşməyəcəkləri halda, bütün mümkün vasitələrdən istifadə edəcəklərini bunun üçün potensiallarının olduğunu iddia etmişdi.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə