Ermənistan MSK: "7.76% vətəndaş seçkidə iştirak edib"

Ermənistanda bu gün keçirilən erkən parlament seçkilərində saat 11.00-a olan səsverməyə 201,250 vətəndaş və ya 7.76% iştirak edib. SİA-nın erməni mətbuatına istinadən bu barədə MSK iclasında Ermənistan Mərkəzi Seçki Komissiyasının sədr müavini Laura Galstyan bildirib.

O bildirib ki, Ermənistanda seçicilərin reyestrinə 2 milyon 592 min 479 nəfər daxil olub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə