"Bu, baş verənlərin ən dəhşətlisidir" Vigen Sarkisyan

“Mən “ağlara və qaralara” bölünməyən Ermənistana səs verdim”. SİA panorama.am-a istinadə xəbər verir ki, Respublika partiyasının proporsional siyahısına rəhbərlik edən Vigen Sarkisyan 9/47 saylı seçki məntəqəsində səs verəndən sonra jurnalistlərlə söhbətində bunu deyib. O, Nikol Paşinyanın bir müddət əvvəl Qarabağdakı çıxışı zamanı xalqı iki hissəyə bölməsinə dolayısı ilə işarə edərək bildirib ki, bu cür münasibət daxili düşmənin formalaşması anlamını daşıyır.

“Daxili düşmən mühasirəyə alınmış qaladadır ki, bu da baş verə biləcəklərin ən dəhşətlisidir”, Vigen Sarkisyan deyib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə