Unudulmaz şəxsiyyət, dahi lider

Sabunçu rayonu icra hakimiyyətinin və YAP Sabunçu rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım mərasimini keçirib

Dünən Sabunçu rayonu icra hakimiyyətinin və YAP Sabunçu rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım mərasimini keçirib. İlk öncə, dövlət himni səslənib. Sonra tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər və Ulu Öndər Heydər Əliyevə həsr olunan vido-çarx nümayiş etdirildi.

Tədbiri giriş sözü ilə Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev açaraq, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın müdrik rəhbəri, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu Heydər Əliyevin xalqımızın qarşısında göstərdiyi xidmətlərdən, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət haqqında tədbir iştirakçılarına məlumat verdi: "Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır".

A.Vəliyev onu da vurğulayıb ki, bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan Ümummilli Lider Heydər Əliyevin ideyaları hazırda, Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən həyata keçirilir, yeni-yeni uğurlara yol açır: "Nə qədər ki, müstəqil Aəzərbaycan var, Ulu Öndər Heydər Əliyevin də parlaq xatirəsi daima xalqımızın qəlbində və yaddaşlarda yaşayacaq".

A.Vəliyev Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən müdrik dövlətçilik siyasəti nəticəsində bu gün Azərbaycanda mütərəqqi və dünyəvi dəyərlərə uyğun islahatlar aparıldığını söyləyib.

YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva anım mərasimində çıxış edərək Ulu Öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın dövlət müstəqilliyi əbədi, dönməz və sarsılmaz olduğunu bildirib: "Ulu Öndər Heydər Əliyev Azərbaycanın tarixində dönüş edən, onu parçalanmaqdan qoruyaraq uğurlu yola çıxaran böyük dövlət xadimi kimi xarakterizə olunur. Bu gün Azərbaycan iqtisadiyyatının yüksək səviyyədə inkişafının təməli, məhz Heydər Əliyev tərəfindən qoyulan strateji xətt üzrə həyata keçirilir. Azərbaycan xalqının sosial-iqtisadi rifahı günü-gündən yüksəlir, ölkənin siyasi potensialı güclənir və regionda lider dövlətə çevrilmişdir".

Tədbirdə çıxış edən digər natiqlər qeyd ediblər ki, Dahi Şəxsiyyət Heydər Əliyev böyük ideyaların müəllifi kimi nəsildən-nəsilə keçərək Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

Sonda məktəblilər Ulu Öndər Heydər Əliyevə həsr olunan şeirlər söləyiblər.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...