“KTMT-nin baş katibi Belorus təmsilçisi olacaq” QƏTİ SÖZ

Belorus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, KTMT-nin yeni baş katibi Beloprus nümayəndəsi olacaq. SİA xəbər verir ki, bu barədə Belorusun BelTA rəsmi agentliyi məlumat yayıb.

“Biz anidən az qala KTMT-nin iclasını keçirəcəkdik və prinsipcə baş katibin təyinatı məsələsini də həll etdik”, deyə Likaşenko Avrasiya İttifaqı və MDB-nin Sankt-Peterburqdakı qeyri-formal sammiti sahələrində deyib.

Dəqiqləşdirmə aparılması ilə bağlı sualı cavablandıran Aleksandr Lukaşenko birmənalı olaraq qeyd edib ki, KTMT-nin yeni baş katibi məhz beloruslu təmsilçi olacaq.

“Nə vaxtsa Qazaxıstanın prezidenti Nursultan Nazarbayev deyib. Lakin biz razılığa gəlmişik ki, hər şey sxem və qəbul olunmuş sistem üzrə olsun. Bu təyinat necə baş verəcək – KTMT rəhbərliyində olan hər bir şəxslə individual müzakirələr aparılacaq və onlar da bu qərarı imzalayacaqlar”, Belorusun ölkə rəhbəri bildirib.

Qeyd edək ki, Ermənistan tərəfi hələ də bu təşkilata öz nümayəndəsinin rəhbərlik edəcəyini iddia edir və vəzifəsindən xaric edilmiş Yuri Xaşaturovun yerinə digər namizədinin olduğunu bildirir. Lakin KTMT-yə üzv olan ölkələr başda Rusiya, Beloorus və Qazaxıstan olmaqla, Ermənistanın növbəti dəfə bu quruma rəhbərlik etməsinə qarşı çıxış edirlər.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə