Siyavuş Novruzovdan Rusiyada yaşayan milyonçu azərbaycanlılara ÇAĞIRIŞ

“Ermənistanda hər zaman iqtisadi, siyasi vəziyyət ağırlaşan kimi dərhal Naxçıvan məsələsi oraya çıxır. Vaxtilə Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ermənilərin Naxçıvana qarşı iddialarına birdəfəlik son qoyuldu”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Komitə sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

Komitə sədri bildirib ki, dövlətlər, dövlət başçıları, xalqalar arasında münasibətlər aydındır: “Bu gün Azərbaycanla Rusiya arasında çox gözəl münasibətlər var. Lakin bundan bəhrənələnən kimlərdir? Əlbəttə, həmçinin Rusiyada yaşayan və fəaliyyət göstərən azərbaycanlılar. O zaman sual olunur, niyə onlar belə məsələlərdə öz mövqelərini bildirmirlər? İrəvanda keçirilən məlum toplantıda erməni dövlətinin rolu yoxdur. Bu, erməni diasporunun fəaliyyətidir. Rusiyada dərc olunan jurnallarda Azərbaycan milyonçularının siyahısı çıxır. Amma bu gün Rusiyada səfirlik, Heydər Əliyev Fondu və Fənclər Fondundan başqa orda tədbirlər təşkil olunmur. Axı, siz Rusiya ilə Azərbaycan arasında yaxşı münasibətlər əsasında qazanc əldə edirsiniz?”.

S.Novruzov söyləyib ki, ölkəmizdə bəzi anti-Azərbaycan qüvvələri Rusiyada yaşayan milyonçu azərbaycanlılar tərəfindən maliyyələşdirilir: “Rusiya parlmentində bir Zatulun var, amma başqaları var. Onlar dəvət edilməli, Azərbaycanı dəstəkləyən mövqelərini ortaya qoymalıdırlar. Rusiyada yaşayan milyonçu azərbaycanlılar öz ölkələri, millətləri qarşısında məsuliyyətlərini dərk etməlidirlər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...