"Zatulunun addımı Rusiyanın rəsmi dairələrinə uğursuz cavab cəhdidir”

“Bu gün Azərbaycan tarixində mühüm günlərdən biridir. Dekabrın 7-də Parlamentin fəaliyyətə başlamasından 100 il ötür. Hörmətli sədr, sizin rəhbərliyiniz ilə Parlamentin 100 illiyi möhrəşəm şəkildə qeyd edildi, hələ də bu tədbirlər davam etməkdədir”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

Çıxışı zamanı Rusiya Dövlət Dumasının üzvü Zatilunun İrəvanda “Lazerev klub”unun iclasnda Azərbaycana qarşı səsləndiridiyi fikirlərə münasibət bildirən komitə sədri söyləyib ki, Azərbaycanla Rusiya arasında münasibətlər bütün sahələr üzrə inkişaf etməkdədir: “Son zamanlar Rusiya elitasının üzvləri, siyasətçilər, diplomatlar, hərbi ekspertləri Azərbaycanda olub və Dağlıq Qarabağın Azərbaycanın tarixi torpaqları olduğu haqqında fikirlər söyləyiblər. Zatulunun bu addımı isə Rusiyanın rəsmi dairələrinə uğursuz cavab cəhdidir”.

Ə.Hüseynli qeyd edib ki, Azərbaycan-Rusiya münsaibətlərinə xələl gətirmək mümkün deyil: “Zatulinin bu addımı Ermənistan Rusiya arasında soyuq münasibətlərinə neqativ ruh verməkdən başqa bir şey deyil”.

“Lazerev klubu”nda siyasi korrupsiyaya qoşulmuş ekspertlərin təmsil olunduğunu deyən komitə sədri söyləyib ki, İrəvanada keçirilən iclas Rusiyanın rəsmi mövqeyi deyil: “Amma rəsmi Bakı bununla bağlı fikirlərini bildirib və bu addıma qarşı öz narazılığını ifadə edib. Uzun illərdir ki, Zatulin erməni lobbiçiliyi ilə məşğul olur. O sıravı deputat olsa idi bizi narahat etməzdi. Lakin Dumada təmsilçiliyini nəzərə alsaq, belə halların baş verməsi qəbuledilməzdir. Hazırda hər iki ölkənin siyasətlərinə uyğun olaraq parlamentlərarası münasibətlər yüksələn xəttlə inkişaf edir. Bu baxımdan Rusiya Dövlət Dumasına müraciət göndərilməlidir. Bu, belə davam edə bilməz”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...