"Paşinyan iqtisadiyyatın acınacaqlı olduğunu etiraf edir" ÖZƏL-ŞƏRH

“Ermənistanın iqtisadiyyatında geriləmənin yaxınlarda qarşısı alınmazsa geri-dönməz dəyişikliklər yaradacaqdır”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib

Mərkəz sədrinin sözlərinə görə, Ermənistanın iqtisadiyyatında hal-hazırda daxili stimul yoxdur: “Amma xarici stimulyatorların maraqları və nisbi fəaliyyətləri göz qabağındadır. Bunlara keçməzdən öncə Ermənistan iqtisadiyyatı üçün müsbət hesab olunan 3 faktı diqqətə çatdıraq:

I.Ermənistanın milli valyutası dram 25 ildir sabitliyini qoruyub saxlayır. Bu barədə “Mərkəzi bank”ın başçısı Artur Cavadyan açıqlama verdi.

II. “Ermənistanda 16 ildir bank defoltları baş vermir” – Ovanes Xaçatyran, “Amerikabank”ın aktivlər üzrə idarəsinin başçısı.

III. “Bank bazarında böyük rəqabət var və bu gün bazarda olan biznesmenlər kredit götürməzdən əvvəl əvvəlkilərlə müqayisə edə bilirlər. Bu gün kreditlrin təqdim olunma şərtləri daha yaxşıdır. Çünki faiz dərəcələrinin azalma tendensiyası davam edir”-Artur Cavadyan, Ermənistan “Mərkəzi bankı”nın sədri.

Ermənistanla iqtisadiyyat təkcə bundan asılı deyil. Bank kreditlərinin faiz dərəcələrinin 10 faizdən aşağı olması ilə bağlı keçmiş baş nazir K.Karapetyanın qərarı hələ də qüvvədədir. Eləcə də N.Paşinyan faiz dərəcələrinin aşağı olmasından maraqlı olduğunu nümayiş etdirdi. O, bankların rəhbərləri ilə işçi-nahar görüşü keçirdi. Həm də kölgə iqtisadiyyatının azaldılması sahəsində tədbirləri müzakirə etdi.

Baş nazir Nikol Paşinyan da ölkə iqtisadiyyatının acınacaqlı vəziyyətdə olduğunu etiraf edir. Bu məqsədlə o “Ermənistan iqtisadiyyatının inkişafının strateji istiqamətləri və aktual məsələləri” adlı konsert təşkil etdi. O, konfransda çıxış etdi. İlk növbədə iqtisadiyyatın inkişafı üçün qanunçuluğun zəruriliyini bildirdi. Dövlət sisteminin idarəçiliyinin səmərəsizliyi də iqtisadiyyatın inkişafına maneçilik törədir. Paşinyanın fikrincə, qərarların məsuliyyətini təkcə hökumət deyil, həm də cəmiyyətin müxtəlif təbəqələri öz üzərlərinə götürməlidirlər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...