"Gündəmdə MDB-nin inkişaf etdirilməsi məsələsi durur" ÖZƏL-MÜNASİBƏT

“MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə baş tutub”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, bu görüşdə əsasən iqtisadi məsələlər, yəni MDB dövlətləri arasında iqtisadi əlaqələrin möhkəmlənməsi, MDB çərçivəsində vahid valyuta sisteminin tətbiq edilməsi, bir sözlə MDB-nin inkişaf etdirilməsi məsələləri gündəmdə durur: “Əlbəttə ki, bu iqtisadi əlaqələrin yaxşılaşdırılması hər bir dövlət üçün əhəmiyyətə malikdir. Çünki iqtisadi infrastrukturun təkmilləşdirilməsi, katerasiya əlaqələrinin genişləndirilməsi hər bir ölkənin iqtisadi inkişafına təkan verə bilər. Amma vahid valyuta sisteminin yaradılması bir qədər çətin və kəskin addım olardı. Çünki Putin dollardan asıllığı zəiflətməyi və bütünlüklə MDB ölkələrinin öz valyutasının yaradılması sistemini təsdiq edib ki, bunun da nə dərəcədə baş tutacağı sual işarəsi altındadır. Təbii ki, onun Azərbaycana xeyiri məsələsində də ciddi düşünmək lazım gələcək”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...