“MDB məkanında əməkdaşlıq hər kəsin xeyrinədir" ÖZƏL-ŞƏRH

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyaya işgüzar səfərə gəlib. Bu çox müsbət haldır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Deputatın sözlərinə görə, Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinin bizim Prezidentimizi bu sammitə dəvət etməsi və bu sammitin baş tutması, ölkə başçımızın həmin sammitdə iştirakı münasibətlərin daha da inkişaf etməsinə səbəb olacaq: “Bu dövlətlərin bir-biri ilə münasibətləri, xüsusilə MDB məkanındakı dövlətlərin münasibətlərinin yaxşı olması təbii ki, hər kəsin xeyrinədir. Azərbaycanın Ermənistan istisna olmaqla MDB məkanında olan dövlətlərin hamısı ilə çox normal münasibətləri var və əməkdaşlığımız yüksək səviyyədədir. Təbii ki, bu münasibətlər daha da inkişaf edəcəkdir. Yəni bu qeyri-rəsmi görüş, sammit gələcək münasibətlərin daha da yaxınlaşmasının, inkişaf etməsinin səbəblərindən biri olacaq”.

Qeyd edək ki, dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyaya işgüzar səfərə gəlib. Dövlətimizin başçısını Sankt-Peterburq şəhərindəki Pulkovo-1 hava limanında şəhərin vitse-qubernatoru Nikolay Bondarenko, xarici əlaqələr komitəsinin nazir statuslu sədri Yevgeni Qriqoryev və digər rəsmi şəxslər qarşılayıblar.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...