"Mövcud münaqişələr sülhün bərqərar olmasına mane olur"

"Mövcud münaqişələr ATƏT məkanında sülh və təhlükəsizliyin bərqərar olmasına mane olur". SİA-nın verdiyi məlumata görə, bunu ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) Milandakı (İtaliya) illik iclasında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

İclasda nitq söyləyən nazir XİNŞ-nin ötən il Vyanada keçirilən əvvəlki iclasından sonrakı dövr ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində nəzərəçarpan irəliləyişin baş vermədiyini vurğulayıb.

“Azərbaycan torpaqları hələ də işğal altındadır”, - deyən E.Məmmədyarov Ermənistanın işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma həyata keçirərək demoqrafik vəziyyəti dəyişmək cəhdləri göstərdiyini diqqətə çatdırıb: “Ermənistanın bu addımları etimadı pozur”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə