Erməni hərbçilər qar uçqununa düşdü

Ermənistan ordusunun bir qrup müqaviləli hərbi qulluqçusu qar uçqununa düşüb. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisə Sisian rayonunda qeydə alınıb.

Müdafiə Nazirliyi mətbuat xidmətinin katibi Artsurun Ovanisyan bildirib ki, uçqun altında düşən hərbçilər taplıb və onların vəziyyəti normaldır.

Hərbçilərdən yalnız biri tapılmayıb. Ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir. Uçqun altında qalan hərbçilərin sayı barədə məlumat verilmir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə