Tural Sadıqlı Əli Kərimlini “mədh” etdi və... İTTİHAM

80 min avroluq qrant məsələsi üstündə Məhəmməd Mirzəli ilə düşmən kəsilən Tural Sadıqlı AXCP sədri Əli Kərimlini “mədh” edən status paylaşıb və həmin statusunun altında xəstəxanada yatan İsgəndər Həmidovu ziyarət etməsi və digər fotolar paylaşılıb. SİA-nın məlumatına görə, bunun qarşılığında iradlarla qarşı-qarşıya qalan T.Sadıqlıya bildirilib ki, sabiqlərin şəkillərini paylaşmağa, onları reklam etməyə gərək yoxdur və o, öz reklamını aparsa daha yaxşı olardı və s.

Qeyd edək ki, M.Mirzəli ilə qrant davası aparan T.Sadıqlı qarşı tərəfin ittihamlarına cavab verə bilməyib və həmin ittihamlara görə, o AXCP üzvlərini aldatmaqla, Almaniyada oturum izni alacağı vədlərini yerinə yetirməyib, üstəlik əldə etdiyi pulları mənimsəyib.

Ehtimal var ki, T.Sadıqlının AXCP sədrini “mədh” etməsi də məhz buna əsaslanır. O, ehtiyat edir ki, həmin ittihamlar təsdiqini tapdıqdan sonra, Əli Kərimli onunla əlaqələrini kəsə, bununla da “mühacir biznesi” əlindən çıxa bilər.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...