“Özlərini LGBT üzvü elan etmiş insanlarla bağlı nə edilməlidir?” - Zakaryandan Paşinyana sual

LGBT-nin təbliğatına qarşı çıxan siyasi və ictimai güclərə müraciət edən Nikol Paşinyan bu mövcudluğa yavaş-yavaş yol açmağa başlayır. SİA aysor.am-a istinadən xəbər verir ki, sözügedən fikirləri müdafiə nazirinin sabiq müavini, hazırda Ermənistanın Respublika partiyasının üzvü olan Artak Zakaryan Facebook səhifəsində yazıb.

“Nikol Paşinyan keçirdiyi mətbuat konfransında LGBT barədə danışarkən bəyan edib ki, “...heç bir suala cavab vermirlər: əgər Ermənistanın hər hansı bir vətəndaşı bəyan edərsə ki, cinsi azlıq nümayəndəsidir, onunla nə etmək lazımdır? Öldürməkmi? Dörd yerə parçalamaqmı?”, deyə Paşinyanın sitatını xatırladan Artak Zakaryan əlavə edib ki, məsələ belə insanların öldürülməsindən, dörd yerə parçalanmasından getmir, məsələ daha dərindir: “Cənab Paşinyan, mövcud vəziyyətdə sizə müraciət etmək istəyirəm. Hörmətli Nikol, nə etməli olmağı mən deyə bilərəm: qarşıdan gələn seçkilərdə sizi dəstəkləməyə gələcək xalqla görüşünüz zaman birbaşa soruşu. Bəli, məhz onlardan: Siz xalqın inamı votumunu almısınız, ona görə də vətəndaşlardan soruşun ki, özlərini LGBT üzvü elan etmiş insanlarla bağlı nə edilməlidir. İnanın ki, insanlar sizə çox qəti cavab verəcəklər. Necə deyəcəklərsə, elə də edərsiniz, inanın bu kimi məsələlərdə xalq çox müdrikdir”

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə