YAP inkişaf və tərəqqi partiyasıdır TƏDBİR

Qazax rayonunda partiyanın yaradılmasının 26-cı ildönümü qeyd olundu

YAP Qazax rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü münasibətilə yığıncaq keçirilib. Yığıncaq iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, Onun əziz xatirəsini ehtiramla yad ediblər.

YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov yığıncağı açaraq, Yeni Azərbaycan Partiyasının yaradılması və təşkilatlanması haqqında və gördüyü işlər barədə geniş məruzə ilə çıxış edib.

Qazax rayon İH-nin başçısı Rəcəb Babaşov respublikamızda və rayonumuzda görülən genişmiqyaslı işlərdən ətraflı danışıb və qeyd edib ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil və müasir Azərbaycanın inkişafında YAP-ın yeri və rolu əhəmiyyət daşıyır.

Sonra YAP Qazax rayon təşkilatının İdarə heyətinin üzvü Novruz Abdullayev, YAP Qazax rayon təşkilatının şura üzvü Nizaməddin Babanlı , YAP fəalı Vüqar Eyyubov, YAP Qazax rayon təşkilatının şura üzvü Nəsibə Tağıyeva, YAP Qazax rayon təşkilatının şura üzvü Səfurə Rəhimova, Qazax rayon İcra Hakimiyyəti başçısı aparatında məsul işçisi Kənan Hüseynli, YAP Qazax rayon təşkilatı sədrinin müavini Məmməd Yusifov çıxış etdilər, təbriklərini çatdırıblar.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə