Yeni Azərbaycan Partiyası - 26 il uğurla! TƏDBİR

Yeni Azərbaycan Partiyasının yaranmasının 26 illiyi münasibəti ilə YAP Yevlax rayon təşkilatı bayram tədbiri təşkil edib

Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü Yevlax rayonunda da sevinc və fəxarət hissləri ilə qeyd olunub. Belə ki, partiyanın eayon təşkilatı bu münasibətlə bayram tədbiri təşkil edib.

Əvvəlcə rayon rəhbərliyi və partiyanın fəallarından bir qrupu Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri qoyublar.

Yubilye münasibətilə keçirilən tədbir Yevlax rayonunun Şahmat məktəbinin akt zalında rəsmi və bədii hissə ilə davam etdirilib.

Əvvəlcə dövlət himni səsləndirilib və sonra «Yeni Azərbaycan Partiyası 26 il uğurla» adlı videoçarx nümayiş olunub.

Partiya veteranlarından olan Yeni Azərbaycan Partiyası Yevlax şəhər təşkilatının sədr müavini Vahid Quliyev çıxış edərək, siyasi həmfikirlərini yubiley münasibətilə təbrik edib. O, qısa olaraq Yeni Azərbaycan Partiyasının keçdiyi 26 illik şərəfli yoldan söz açaraq bildirib ki, Azərbaycan üçün çox ağır zamanlarda və zərurətdən yaranan Yeni Azərbaycan partiyası sözün həqiqi mənasında xilaskar siyasi təşkilatdır. “Heydər Əliyev dühasından güc-qüvvət alan bu partiya ulu öndərin sağlığında olduğu kimi, bu gün dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə də öz uğurlu fəaliyyətini davam etdirir”, natiq qeyd edib.

Sonra YAP Yevlax şəhər təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova yevlaxlı qadınların partiyanın fəaliyyətindəki rolundan danışaraq bildirib ki, bu gün gözəlliyi ilə fəxr etdiymiz şəhərimizin yenidən qurulmasında qadınlarımızın da əməyi böyükdür: “Fəxrlə demək olar ki, yevlaxlı xanımlar rayon həyatının bütün sahələrində nümunəvi iştirakları ilə seçiliblər. Qəlbi Vətən üçün, dövlət üçün çarpan belə xanımları bugünkü məclisdə təmsil etməkdən məmnunam”.

YAP Yevlax rayon təşkilatı sədrinin müavini, aparat rəhbəri Əli Quliyev ilk növbədə YAP Yevlax rayon təşkilatının sədri millət vəkili İlham Məmmədovun adından və Yevlax İH-nin başçısı Qoca Səmədov adından tədbir iştirakçılarını təbrik edib. O, yubiley tədbirindəki çıxışında Yeni Azərbaycan Partiyasının üzvü olmağın mənəvi haqlarından danışıb: “Vətəni sevirsənsə, onun inkişafında rolun varsa, Azərbaycanı uğurlu bir gələcəyə aparan partiyanın Sədri, dövlətimizin başçısı cənab İlham Əliyevin siyasətini bəyənir və dəstəkləyirsənsə, bu xalqın, millətin yolunda aşa bilməyəcəyin bir əngəl tanımırsansa, sən Yeni Azərbaycan Partiyasının üzvüsən. Bu gün Azərbaycanın sahib olduğu bütün uğurların müəllifi Yeni Azərbaycan Partiyasıdır. Belə bir partiyanın sıralarında olmaq hər kəs üçün şərəfdir. Yeni Azərbaycan Partiyası böyük bir idioloji ailədir. Və bizi birləşdirən dəyərdir. Biz hər birimiz həyata Yeni Azəraycan Partiyasının gözü ilə baxırıq. Bilirik bu baxış Heydər Əliyev baxılarıdır. Biz haqq yolundayıq. Cənab Sədrimiz İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası bizi işıqlı xoşbəxt gələcəyə aparacaqdır”.

Sonra Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatında xüsusi xidmətləri olan bir qrup partiya üzvünə YAP Yevlax rayon təşkilatının fəxri diplomu verilib. Bayram tədbiri bədii rəhbəri əməkdar mədəniyyət işçisi olan «Kür» instrumental ansamblı öz musiqi töhfələri ilə daha da şən və maraqlı edib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə