“Yeni Azərbaycan Partiyası – xilaskarlıq missiyası” TƏDBİR

YAP-ın Qax rayon təşkilatında partiyanın 26 illiyi qeyd olunub

YAP-nın Qax rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 26 illiyi münasibətilə tədbir keçirilib. İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin rayonun mərkəzində yerləşən abidəsini ziyarət edib və abidənin önünə tər gül-çiçək dəstələri düzüblər.

Tədbir YAP Qax rayon təşkilatının qərargahında davam etdirilib. Tədbirdə YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov “Yeni Azərbaycan Partiyası – xilaskarlıq missiyası” mövzusunda məruzə edərək bildirib ki, 26 illiyini qeyd edən Yeni Azərbaycan Partiyasının yaranma zərurəti illər keçdikcə daha aydın görünür, düzgün təhlil edilir. “Xalqımız əldə etdiyi müstəqilliyi qorumaq, möhkəmləndirmək üçün ulu öndər Hedər Əliyevin ətrafında sıx birləşdi, bugünkü reallıqlara yol açdı. Və bu yolda Yeni Azərbaycan Partiyasının öz dəsti-xətti, öz xidmətləri olub”, deyə bildirən partiyanın rayon təşkilatının sədri həmçinin qeyd edib ki, Yeni Azərbaycan Partiyasının sədri Cənab İlham Əliyev özünün 15 illik Prezidentliyi dövründə, ilk növbədə, Ümummilli Lider Heydər Əliyev ideyalarına sədaqət nümayiş etdirərək, daxili ictimai-siyasi sabitliyi daha da möhkəmləndirib, əhalinin təhlükəsizliyini, insanların əsas hüquq və azadlıqlarını, ölkənin əmin-amanlığını təmin etmiş, xalqın rifah halını xeyli yüksəldib.

Yığıncaqda çıxış edən partiyanın veteran üzvü Əbdürrəhman Aşurov, YAP Qax rayon təşkilatı Qadınlar Şurasının sədri Sevil Əsgərova, YAP Qax rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Elvin Həsilov qeyd ediblər ki, təməli Heydər Əliyev tərəfindən qoyulan YAP-ın 26 ildə ölkənin siyasi sistemində aparıcı təşkilata çevrildiyi, onun malik olduğu potensialın respublikanın problemlərinin həllində mühüm faktorlardan biri kimi çıxış etdiyi təkzibolunmaz həqiqətdir. “Partiyaya Cənab İlham Əliyev kimi güclü siyasi Liderin rəhbərlik etməsi bu təşkilatın nəinki daxildə, eləcə də respublikamızdan kənarda güclü və nüfuzlu siyasi qüvvə kimi qəbul olunmasını təmin edir”, natiq bildirib.

YAP Qax rayon təşkilatı İdarə Heyətinin üzvü, rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərkən bildirib ki, bu gün partiyanın sıralarında 720 mindən artıq üzv birləşib: “Bu statistika, eyni zamanda ulu öndər Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin günbəgün yeniləşən, təkmilləşən siyasətinə dəstəyin nümayişidir. Yeni Azərbaycan Partiyası sözlə əməl birliyi fonunda özünə inamı daha da artırır”.

Tədbirdə partiya həyatında fəal iştirak edən gənclərə YAP Qax rayon təşkilatı tərəfindən fəxri fərmanlar verilib.

Sonra partiya sıralarına yeni qəbul olnmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.

Tədbirin sonunda partiya həyatına həsr olunmuş videoçarxa baxılıb.

RÖVŞƏN RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə