Yaşar Güler: "Qardaş Azərbaycanda olmaqdan məmnunam"

"Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi əlaqələri mükəmməl şəkildə genişlənir". SİA-nın verdiyi məlumata görə, bunu Bakıda Azərbaycanın müdafiə naziri və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia ilə üçtərəfli görüşündə Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler deyib.

O bildirib ki, hər üç ölkənin hərbi əlaqələri strateji səviyyəyə çatıb: "Hərbi əlaqələrimizi daha da artırmaq üçün əlimizdən gələni edəcəyik. Qardaş Azərbaycanda olmaqdan məmnunam. Bu gün 3 dost və qardaş ölkənin müdafiə rəsmiləri olaraq böyük toplantı keçirmək üçün bir araya gəlmişik. Bu, bizim 3-cü toplantımızdır. Bir-birimizlə həm ikitərəfli, həm də üçtərəfli görüşlər keçirərək bölgədəki vəziyyəti müzakirə edəcəyik. Hərbi əlaqələrimiz mükəmməl şəkildə genişlənir. İnanıram ki, bu gün keçirilən görüşdə çox vacib nəticələr əldə edəcəyik".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə