Vladimer Çaçibaia: "Hər üç dövlət regionda strateji tərəfdaşdır"

"Azərbaycan, Gürcüstan və Türkiyə əlaqələrinin böyük tarixi var". SİA-nın verdiyi məlumata görə, bunu Bakıda Azərbaycanın müdafiə naziri və Türkiyə Baş Qərargah rəisi ilə üçtərəfli görüşdə Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia deyib.

O bildirib ki, hər üç dövlət regionda strateji tərəfdaşdır: "Strateji tərəfdaşlıq çərçivəsində hərbi əməkdaşlığımız da çox mühümdür. Regional layihələrin təhlükəsizliyinin təmin edilməsi baxımından əməkdaşlıq uğurla davam edir. Biz başa düşürük ki, bu, çox əhəmiyyətli görüşdür".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə