"Üçtərəfli görüş bizim dövlətlərin strateji səviyyədə əməkdaşlığının bariz nümunəsidir"

"Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə rəsmilərinin üçtərəfli toplantısı bizim dövlətlərin strateji səviyyədə əməkdaşlığının bariz nümunəsidir". SİA-nın verdiyi məlumata görə, bunu Bakıda Türkiyə və Gürcüstan SQ Baş Qərargah rəisləri ilə üçtərəfli görüşdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

Müdafiə naziri bildirib ki, artıq üçüncü dəfədir ki, bu toplantı keçirilir: "Toplantının əsas məqsədi bölgədə sabitliyin və sülhün bərqərar olmasına, 3 dost qonşu dövlətin həyata keçirdiyi strateji iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsinə, 3 dövlətin silahlı qüvvələrinin əməkdaşlığının dərinləşməsinə töhfə verməkdir. Əminəm ki, bu toplantı yüksək səviyyədə keçiriləcək".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə