YAP üzvləri Ulu Öndərin məzarını ziyarət ediblər

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 26-ci ildönümü münasibətilə partiyanın İcra katibliyi, İdarə Heyətinin, Siyasi Şuranın üzvləri Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. SİA-nın məlumatına görə, YAP üzvləri Ulu öndərin məzarı önünə əklil qoyublar.

Daha sonra ziyarətçilər akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər, xatirəsini anıblar.

Mərasimdə həmçinin millət vəkilləri, ictimaiyyət nümayəndələri və YAP-ın gənc üzvləri iştirak ediblər.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının əsası 1992-ci ildə Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. 2003-cü ildən partiyanın sədri Prezident İlham Əliyevdir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə