DSX-nin rəisi Türkiyənin Baş Qərargah rəisi ilə görüşüb FOTOLAR

2018-ci ilin noyabr ayının 20-də Аzərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən SİA-ya verilən məlumata görə, görüşdə Аzərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Türkiyə Respublikasının Silahlı Qüvvələri arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib və əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

General-polkov-nik Elçin Quliyev Azərbaycan Respublikası ilə Türkiyə Respub-likası arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin qurulmasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmət-lərini xüsusi qeyd edib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu münasibətlərin inkişafına ciddi önəm verərək həyata keçirdiyi dövləti siyasət sayəsində qarşılıqlı əlaqə-lərin ən yüksək səviyyədə olmasını vurğulayıb.

Söhbət əsnasında АR-in dövlət sərhədindəki mövcud əməliy-yat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərdən qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirilməsi qeyd olunub. Bununla yanaşı qeyri-leqal miqra-siya, qaçaqmalçılıq, narkotiklərin daşınması və digər transsərhəd cinayətkarlıq fəaliyyətləri ilə mübarizədə həyata keçirilmiş tədbir-lər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki ba-zanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və qazanılmış nai-liyyətlər barədə məlumat verilib.

Tərəflər arasında sərhəd mühafizəsinin möhkəmləndirilməsi, təcrübə və məlumat mübadiləsinin aparılması, birgə təlimlərin təş-kili, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və digər maraq do-ğuran məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral da iştirak edib.

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə