“İqtisadi tənəzzüldən və geri çəkilən ordudan pis heç nə yoxdur”

Ermənistanın sabiq baş naziri Qrant Baqratyan Ermənistanda iqtisadi artım tempinin daha 6% düşdüyünü qeyd edib. SİA xəbər verir ki, bu barədə Facebook sosial şəbəkəsində yazan keçmiş nazir xatırladıb ki, Ermənistanın statistika komitəsi 2018-ci ilin yanvar-sentyabr ayları ərzində ölkənin makroiqtisadi göstəricilərini dərc edib. “Mənim də bir ay qabaq proqnozlaşdırdığım kimi, iqtisadi artım tempi düşməyə davam edir – 6%”, - deyə yazan Baqratyan ilin sonuna qədər tempin daha da aşağı düşəcəyini bildirib və eyni zamanda qeyd edib ki, 2019-cu ilin birinci yarısında maksimal düşmə baş versin: “Əgər resessiya başlayarsa, bunu bərpa etmək çox çətin olacaq. İqtisadi tənəzzüldən və geri çəkilən ordudan pis heç nə yoxdur”.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə