"Paşinyan David Tonoyanın xidmətindən narazıdır" ÖZƏL-RƏY

“Bu gün Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyan mətbuat konfransı keçirib. Bu konfrans zamanı bir sıra məqamlara toxunub. Onlardan da biri ordudakı qida və geyimlə bağlı vəziyyətdir. O açıqlamasında bildirib ki, "Orduda qida qorxuncdur və tuşonka əldə edək, deyək ki bununla yaşayırıq. Əlbəttə ki, orduda əsgərin yeməyindən məmnun deyiləm. Yeməkləri özümüz yoxladıq və qorxunc idi. Biz şəxsən bununla məşğuluq və məşğul olacayıq, lakin həcmlərini də təsəvvür etmək lazımdır. Xidmətlə ilə əlaqəli olduğu zaman bizə telefonla zəng edib məlumatı göndərin. Bu, çox pis siqnal idi ". Paşinyan əlavə edib ki, o, həmçinin əsgərlərin alt paltarlarını dəyişdirilməsi mexanizimlərindən də xəbəri var: "Bəli, bu sahədə problemlərimiz var. Ancaq birinci yekə-yekə danışanları götürməliyik, onlara tuşonka verin və onunla yaşayaq kampaniyasından da çıxmalıyıq”. Bunu SİA-ya açıqlamasında politoloq Ehtiram Aşırlı fikirlərini bildirərkən deyib.

Politoloqun sözlərinə görə, hər halda Paşinyan bu cür açıqlama verməklə ilk növbədə Ermənistanın müdafiə naziri vəzifəsini icra edən David Tonoyanın orduda hər şey qaydasındadır, əsgərlər yaxşı qidalanır və keyfiyyətli altpaltarları ilə təmin olunur fikirlərini təkzib etmiş oldu: “Görünür, Paşinyan Tonoyanın xidmətindən narazıdır. Əks halda mətbuat konfransında ordudakı acınacaqlı vəziyyət barəsində məlumat verməzdi. Düşünürəm ki, Paşinyan artıq Tonoyanın onu neçə aylardır aldatdığını və ordudakı vəziyyətlə bağlı yalan məruzələr etdiyini başa düşməyə başlayıb. Həmçinin orduda yaranmış rüsvayçılıq ilə bağlı keçirilən son etiraz aksiyaları Paşinyanı belə açıqlama verməyə vadar etdiyini ifadə edə bilərik. Orduda heç də Tonoyanın ifadə etdiyi kimi əsgərlərin qidalanması və geyimlərinin keyfiyyəti yüksək səviyyədə olmadığını Paşinyan özü də ifadə edir. Bir sözlə Ermənistan höküməti nümayəndələrinin fikirlərində təzadlıq mövcuddur”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə