"Cənab Paşinyan danışmazdan əvvəl yeddi dəfə ölçüb, bir dəfə kəsmək lazımdır" ETİRAZ

"Beynəlxalq tərəfdaşlarla əlaqələr təhdid üzərində qurulmur. SİA-nın xəbərinə görə, bunu Ermənistanda buraxılan parlamentin vitse-spikeri, Respublikaçılar partiyasının mətbuat xidmətinin rəhbəri Eduard Şarmazanov “Facebook” səhifəsində KTMT baş katibini seçmək məsələsində İrəvan və Minsk arasında "atışma"nı şərh edərkən deyib.

“Bu, İrəvandan Minskə və ya İrəvandan Vaşinqtona və ya Moskvaya hədə qorxu gələn oğlanların davası deyil. Bu, Milli Təhlükəsizlik Xidməti və ya barmaq silkələməklə insanları qorxutmaq üçün istifadə etdiyiniz Respublika Meydanı deyil. Bu, hər şeyin diplomatik kanallardan keçməsi lazım olan dövlətlər arası bir əlaqəsidir. Bu dövlətlərarası münasibətlərdir və burada bütün məsələlər diplomatik yolla həllini tapmalıdır. Danışıqdan əvvəl cənab Paşinyan, düşünmək, yeddi dəfə ölçüb, bir dəfə kəsmək lazımdır. Çünki, təhdidlərinizə sizə deyil, erməni xalqı cavab verməli olacaq”, - deyə Şarmazanov qeyd edib.

Ermənistanın iqtisadi vəziyyətinə gəlincə partiyanın mətbuat katibi deyib: “Ölkədə iş yerlərinin bağlanması narahatedicidir. Alaverdi şəhərində 630 nəfər iş yerini itirib, Amulsarda investisiya proqramı dayandırılıb. Qorxutmaq yolu ilə investisiya cəlb etmək mümkün deyil. Paşinyan parlamentdə sehrli çubuğa malik olduğunu bildirmişdi. O zaman niyə pensiyaları, maaşları artımır, ölkəyə investisiya cəlb edə bilmirsən?”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə