“Əli Kərimli məqsədli şəkildə xüliqanlıq edib” ÖZƏL-RƏY

“Əli Kərimli uzun müddətdir ölkənin matəm mərasimlərində, bayram törənlərində özünü gündəmə gətirməklə məşğul olur. Heç bir şəxs icazəsiz hər hansı bir aksiya keçirə bilməz. Əli Kərimli də məqsədli şəkildə 17 noyabrda təxribatla məşğul oldu”. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, bunun köklü səbəbi var: “Uzun müddətdir ki, Əli Kərimlini hakimiyyətlə gizli əməkdaşlıqda ittiham edirdilər: “Şəhidlər Xiyabanında təşkil edilmiş təxribatdan da açıq-aydın görünür ki, Əli Kərimli 50-60 nəfərə səslənərək polislə qarşıdurmaya gedir. Şəhidlər Xiyabanını ziyarət etmək istəyən Əli Kərimli niyə şüarlar qışqırırdı? Küçə yürüşü edirdi?! Məqsədi şəhidləri ziyarət idisə, sakitcə, səs-küysüz, elə bütün tərəfdarlarını birbaşa Şəhidlər Xiyabanının qarşısına toplamaq olmazdı?! Marşurut avtobusları Xiyabanın qarşısından keçir. Elə oradan da sakitcə ziyarət edib, çıxmaq olmazdı?!

Ancaq Əli Kərimli özünün yaydığı videolardan da görünür ki, öncədən planşdırılmış şəkildə, 50-60 adamı Xiyabandan bir kilometr aralıda toplayıb icazəsiz aksiya yürüş edir, yolboyu şüarlar səsləndirir, qışqırır. Xiyabana ziyarət etmək istəyən adam siyasi şüarlar səsləndirirdi ki?! Bütün bunlardan da açıq şəkildə görünür ki, Kərimli məqsədli şəkildə ölkənin gündəminə gəlmək istəyib. Kərimli çox yaxşı bilirdi ki, onun bu təxribatının qarşısını hüquq-mühafizə orqanları alacaq və necə ki aldılar da. Bu günə qədər Əli Kərimli özü də internet televiziyasından bəyan edib ki, xırda xüliqanlıq etməyə hazırdı. Bir sözlə, hər kəs onun şahidi oldu ki, bu cür xüliqanlıqla Əli Kərimli onun hakimiyyətlə gizli əməkdaşlıq etməsi ittihamlarına son qoyacaq və bu yolla ölkənin, beynəlxalq təşkilatların gündəminə gələcək. 2500 manat Kərimlinin cərimələnməsinə gəldikdə isə, bu, həm hakmiyyətə lazım idi, həm də Əli Kərimliyə...”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə