“İki dövlət arasında ənənəvi olaraq yaxşı münasibətlər formalaşıb" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan və Belarus respublikaları arasında ənənəvi olaraq yaxşı münasibətlər formalaşıb”. Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Deputatın sözlərinə görə, həmin münasibətlərin dərin təməlləri var: “Onlar qarşılıqlı maraqların təmin olunmasına söykənir və həmin əsasda iki ölkə arasında siyasi, hərbi, təhlükəsizlik, iqtisadi, mədəni hümanitar sahələrdə əməkdaşlıq qurulub və inkişaf edib: “Münasibətlərin hüquq-münasibət, hüquq-müqavilə bazası formalaşıb. Azərbaycan və Belarus arasında münasibətlərə cənab Prezidentimiz İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun şəxsi münasibətlərinin də böyük təsiri var. Cənab Prezidentimizin bu səfəri göstərdi ki, qarşılıqlı münasibətlərin böyük potensialı və perspektivləri mövcuddur”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Belarus Respublikasına rəsmi səfərə gəlib. Azərbaycan Prezidenti İlham Əliyevi Belarusun Baş nazirinin müavini Mixail Rusıy və digər rəsmi şəxslər qarşılayıblar.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə