“Əli Kərimli iyrənc siyasət aparan ünsür kimi tanınır” AÇIQLAMA

“AXCP sədri Əli Kərimli iyrənc siyasət aparan və bunu özünün əsas mübarizə xətti seçən ünsür kimi tanınır”. SİA-ya açıqlamasında “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov deyib.

Onun sözlərinə görə, onun layiq olduğu cəzanı alması vacibdir: “Hesab edirəm ki, hüquq mühafizə orqanları ona qarşı hüquqi tədbirlər görməlidir. Çünki, təxribatçı və pozucu ünsür cəmiyyət üçün təhlükə mənbəyidir. Əli Kərimli və ətrafı bu son hərəkətləri ilə özlərini xalqın qarşısında bir daha gülünc vəziyyətə saldılar. Xalq bu gün Azərbaycanda gedən inkişaf proseslərini görür. Ə.Kərimli özünün yarıtmaz siyasəti ilə xalqı öz mövqeyindən döndərə bilməz. Xalq birmənalı şəkildə onun kimi təxribatçıları rədd edir. Hesab edirəm ki, bu gün və bundan sonrada Ə.Kərimli və onun ətrafında olanlar təxribatlar törətməyə cəhd edəcəklərsə, qanunun tələblərinə uyğun olaraq cəzalarını alacaqlar”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə