“Şəhidlərimiz və Şəhidlər xiyabanı siyasi mübarizə meydanı olmamalıdır” AÇIQLAMA

“Çox təəssüf hissi ilə biz növbəti dəfə özlərini radikal müxalifətin liderləri adlandıran şəxslərin şəhidlərin adı ilə siyasi manipulyasiya etdiklərinin şahidi olduq”. Bunu SİA-ya açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

Onun sözlərinə görə, əslində 17 noyabrda bir neçə partiyanın birgə təşkil etdiyi tədbirin gedişində, şəhidlər xiyabanına nəzərdə tutulan ziyarətin siyasi aksiya olacağı bəlli idi: “Siyasi aksiyanın bütün təfərrüatları məlum hadisədən bir neçə gün öncə və həmin gün gerçəkləşmişdi. “Milli Şura”nın sədri Cəmil Həsənli özü müsahibələrində bunu açıq etiraf edərək qeyd edib ki, mən və Əli Kərimi tərəfdarlarımıza səslənərək onları noyabrın 17-nə Şəhidlər xiyabanına dəvət etdik. Siyasi aksiyanın əsas komponentindən biri olan çağırış deyilmi? Və yaxud yol boyu şüarlar səsləndirmək. Bu da siyasi aksiyanın başqa bir komponenti deyilmi? Əlbəttə siyasi aksiya keçirmək üçün, qanunvericiliyin müvafiq imkanlından istifadə edib tədbirlər keçirmək mümkündür. Necə ki, müxtəlif seçki dövrlərində bunu Əli Kərimli, Cəmil Həsənli və digər müxalifətçilər edir. Məsələ bundan ibarədir ki, həmin siyasi aksiyalara 1000-1500 nəfər adamdan başqa heç kim gəlmir. Belə ola şəraitdə isə müxalifət üçün ən yaxşı və ideal variant ara qarışdırmaq, asayişi pozmaq və tip mahiyyətcə əhəmiyyətli olmayan, lakin şou xarakterli variantlara əl atmaqdır. Bu şounun sədası altında həm də, xarici havadarları da bir müddət idarə etmək olur. Fikrimcə xüsusən milli, mənəvi dəyələr, o cümlədən Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman övladların adından istifadə etməklə siyasi manipulyasiya etmək ilk növbədə əxlaqa ziddir. Bu məsələdə həm qanunvericiliyin müddəaları ən sərt formada tətbiq edilməli, həm də ictimaiyyət öz mövqeyin sərgiləməlidir. Şəhidlərimiz və şəhidlər xiyabanı siyasi mübarizə meydanı olmamalıdır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə