"Sanskiyalar İran iqtisadiyyatı üçün ağır günlər vəd edir" ÖZƏL-MÖVQE

“İran prezidenti Həsən Ruhani Azərbaycan vilayətlərinə elan etdiyi səfəri 3 dəfə təxirə salıb. Birinci dəfə səfər tarixi oktyabrın 23-ü seçilmişdi, ancaq hələ də reallaşmayıb. Yeni səfər tarixi noyabrın 19-u təyin edilib”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, böyük ehtimalla Həsən Ruhaninin səfərinin təxirə salınması İrandakı durumla bağlıdır: “Güney Azərbaycanda sənaye və istehsal müəssisələrində durğunluq var, maaşlar gecikir, iş yerləri bağlanır. Tehran Urmiyyə gölünün ekoloji problemini də həll etməkdə acizdir. Yəni Həsən Ruhani bölgəyə gəlib insanlara nə vəd edəcək? Vəziyyətin müsbətə doğru dəyişəcəyini söyləyə bilməz, buna inanan olmaz, sanskiyalar İran iqtisadiyyatı üçün ağır günlər vəd edir, bunu hamı anlayır. Həsən Ruhani bölgəyə getsə belə Urmiyyə gölünə baxış keçirməyəcək. Halbuki, prezident seçkisi zamanı bu problemi həll edəcəyini vəd etmişdi”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...