Azərbaycan Prezidenti Belarusda rəsmi səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Belarus Respublikasına rəsmi səfərə gəlib. SİA xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyevi Belarusun Baş nazirinin müavini Mixail Rusıy və digər rəsmi şəxslər qarşıladılar.

Bütün xəbərlər Facebook səhifəmizdə