"Paşinyan seçkiqabağı öz acizliyini nümayiş etdirir" ÖZƏL-ŞƏRH

“Ermənistan nümayəndəsinin seçilməsinə Belarus və Qazaxıstan etirazlarını bildirməsi Paşinyanın seçkiqabağı öz daxili reytinqini yüksəltmək üçün onları günahlandıraraq izahat tələb etməsi, onun acizliyinin bariz nümunəsidir”. Bunu SİA-ya açıqlamasında politoloq Ehtiram Aşırlı deyib.

Onun sözlərinə görə, ermənilərin Belarusa irad tutmağa çalışdıqları başlıca məsələ silah satışı ilə bağlıdır: “Onlar Belarusun Azərbaycana müasir silahlar satmasını "cinayət" hesab edir, özlərinin "İsgəndər" əldə etmələrini "Azərbaycana yaxşı cavab" adlandırırlar. Azərbaycanın "Polonez"ləri almasını isə "Belarusun satqınlığı" kimi təqdim etməyə cəhd göstərirlər. Yəni faktiki olaraq bəsit xəstə məntiqi ilə çıxış edirlər. Adi insan belə sual edə bilər ki, "bütün dünya sənin aqressiv, yaramaz, ədalətsiz siyasətini dəstəkləməlidir?!". Bu, niyə elə olmalıdır?

Erməni terrorçuları Dağlıq Qarabağda və ətraf rayonlarda dünyada görünməmiş vəhşilik törədib, faktiki olaraq soyqırımı həyata keçiriblər. İndi bu cinayətə Belarus, Rusiya və Qazaxıstan da ortaq olmalıdırlar?! Siyasətçi üçün bu, o qədər absurd bir müddəadır ki, heç şərh etməyə dəyməz.

Paşinyan hələ də küçə anlayışından uzaqlaşa bilməyib. Üstəlik beynəlxalq münasibətlər sistemində də küçə davranışlarını tətbiq etməyə çalışır. O, elə fikirləşir ki, küçə də elədiklərini beynəlxalq münasibətlər sistemində də tətbiq edə bilər. Digər tərəfdən, Belarus və Qazaxıstandan izahat tələb etməsi kimi fikir səsləndirməsi onun özünü kriminal aləmə xas olan “vor”lar kimi aparmasını göstərir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə