"Radikal müxalifət şou göstərməyə vərdiş edib" ÖZƏL-MÜNASİBƏT

“İllərdir ki, hər Milli Dirçəliş günündə radikal müxalifət şou göstərməyə vərdiş edib”. Bunu SİA-ya açıqlamasında internet-media eksperti Səbuhi Abbasov deyib.

Onun sözlərinə görə, radikal müxalifət ümummilli bayramları və tarixi günləri özvarlığını yada salmaq üçün istismar etməkdədir: “Bu sadəcə biabırçılıqdır. Bu gün özünü “Milli Şura” adlandıran qurumda birləşmiş bir qrup radikal Şəhidlər Xiyabanında sanksiyalaşdırılmamış aksiya keçirməyə cəhd göstəriblər. Bunların başında isə Cəmil Həsənli və AXCP sədri Əli Kərimli dayanıb. Bu adamlara görə ölkədə yeni müxalifətin inkişafı da tamamilə dayanıb.

Ancaq ənənəvi olaraq radikal müxalifəti təmsil edən bir qrup şəxs və onların rəhbərləri istəklərinə nail ola bilməyiblər. Belə ki, hüquq-mühafizə orqanları qanunun tələblərinə uyğun olaraq aksiya iştirakçılarına çağırış edib, qanunsuz aksiyanın qarşısını alıb, Şəhidlər Xiyabanının siyasi spekulyasiya və şou meydanına çevrilməsinə imkan verməyib. Aksiyanın təşkilatçıları isə saxlanaraq Səbail Rayon Polis İdarəsinə aparılıb”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə