"Bu tipli aksiyaların keçirilməsi ilə bağlı cəmiyyətin sosial sifarişi yoxdur” ÖZƏL-RƏY

“Milli Şura” adlanan qurum və AXCP-nin Milli Dirçəliş günü ilə bağlı keçirmək istədiyi aksiya uğursuz alındı və baş tutmadı. Çünki bu tipli aksiyaların keçirilməsi ilə bağlı cəmiyyətin sosial sifarişi yoxdur”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti kifayət qədər yetkin cəmiyyətdir və milli maraqlarla izah edilə bilməyən və inkişaf üçün perspektivlər vəd etməyən heç bir sosial-siyasi aksiyanı dəstəkləmir: “Aksiyanın keçirilməsində məqsəd Milli Dirçəliş günü deyil radikal müxalifətin özünüxatırlatma və gündəmdə qalma məqsədlərinə xidmət etdiyi üçün keçirildiyi və sabitliyi pozma cəhdləri kimi qiymətləndirildiyi üçün əsla dəstək görmədi. Marginal radikal qruplar əslində bu aksiya vasitəsilə polislə süni qarşıdurma yaratmaq, hakimiyyətə qarşı yeni ittiham hədəfləri əldə etmək niyyəti güdürdülər. Ancaq hüquq-mühafizə orqanları onların qarşısını aldı və Şəhidlər Xiyabanı kimi müqəddəs ziyarətgahımızı radikalların siyasi spekuliyasiya meydanına çevirməsinə imkan vermədi. Bu gün Azərbaycan cəmiyyəti özünün inkişaf dövrünü yaşayır və süni gündəm yaratmaqla onun maraqlarını manipuliyasiya etmək mümkün deyil”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...