Belarus XİN: "Paşinyan özünü beynəlxalq prokuror hesab edir"

"Küçə demokratiyasının qaydaları böyük siyasətdə keçərli deyil." Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Belarus Xarici İşlər Nazirliyinin Mətbuat katibi Anatoli Qlaz deyib.

“Görünür, Ermənistan Baş nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı özünü beynəlxalq prokuror hesab edir. Bu, KTMT-nin keçmiş baş katibi üçün qəbul edilən ola bilər, amma beynəlxalq münasibətlərdə daha dəqiq protokol normaları və etiketləri var. Yəqin ki, cənab Paşinyan, hələ də küçə demokratiyasının qaydalarının böyük siyasətdə qəbuledilməz olduğunu anlamır. Ümid edirəm ki, bu, zamanla keçəcək” – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Paşinyan KTMT baş katibliyi ilə bağlı səsləndirdikləri bəyanatlara görə Lukaşenko və Nazarbayevdən izahat tələb edəcəyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə