Paşinyan prezidentlərdən izahat istəyir

Belarus prezidenti Aleksandr Lukaşenko və Qazaxıstan prezidenti Nursultan Nazarbayev KTMT baş katibi ilə bağlı verdikləri bəyanata aydınlıq gətirməlidirlər. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Mən Belarus prezidentindən açıqlama gözləyirəm. Bizim razılaşmamıza zidd bəyanatla, həmçinin Qazaxıstan prezidenti Nursultan Nazarbayev də çıxış edib. Heç kimin belə bəyanatla çıxış etmək haqqı yoxdur. Ona görə ki, KTMT-də qərarlar konsensus prinsipi əsasında qəbul edilir. Biz artıq bununla bağlı mövqeyimizi bildirmişik”, – deyə o bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...