İngiltərədə nazirlərin yerinə təyinat olub

İngiltərədə Brexit məsələsinə görə hökumətlə fikir ayırlığı səbəbindən istefa verən nazirlərin yerinə təyinat olub. SİA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Dominik Raabın yerinə Stefen Berkley Brexit məsələləri üzrə naziri olub.

Sabiq əmək naziri Ester Makveyin postuna isə sabiq daxili işlər naziri Amber Rudd təyin edilib. Xanım Rudd parlamenti miqrantlara tətbiq edilən deportasiya məsələsində aldatdığı üçün 30 apreldə istefa vermək məcburiyyətində qalmışdı.

Qeyd edək ki, Britaniya hökuməti ötən gün Brexit şərtləri ilə bağlı Avropa İttifaqı ilə saziş layihəsini təsdiqləyib. Bununla da, Böyük Britaniya 2019-cu ilin martın 29-da Aİ-ni tərk edəcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə