Ərdoğan Trampla hansı məsələni müzakirə etdi?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı olub. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezidentlər telefon danışığında iki ölkə arasındakı əlaqələrin inkişafı, jurnalist Camal Kaşoqinin qətli, ABŞ-da davam FETÖ araşdırmasını müzakirə ediblər.

Ərdoğan və Tramp Kaşoqi cinayətinin aşkara çıxarılmasının, qətlin ört-basdır edilməsinə icazə verilməməsinin vacibliyini vurğulayıblar.

Bundan əlavə, terror təşkilatlarına qarşı mübarizədə Türkiyə və ABŞ-ın daha yaxından işbirliyi qurmasının önəmidən danışılıb. Ərdoğan ABŞ-dan PKK/PYD terror təşkilatına yardımları dayandırmağı tələb edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...