“Google” nəyə görə Elimdar Əliyevi reket kimi tanıdır?

Yaxud, Sorosdan sümük qırığı uman “Bulmastif” növü

Son günlər “Media Klub” adlı saxta qurumun reketir və şəxsi mənfəət güdən “jurnalistlərinin” gah nala, gah da mıxa döyəcləmələri əslində, ictimai rəydə də müəyyən anlaşılmazlıqlar yaradır. Anlaşılmazlıqlardan biri də budur ki, Arif Əliyev, Elçin Şıxlı, Qulu Məhərrəmli, Mehman Əliyev, Elimdar Əliyev, Zahir Əzəmət və onlara dəstək verənlər bir tərəfdən “Media Klub”un fəaliyyətini guya ölkə mətbuatına olan “ictimai etimadın bərpasına kömək” məqsədi ilə əlaqələndirirlər, başqa tərəfdən, dövləti və onun rəhbərini “sevdiklərini” bəyan edirlər. Maraqlısı da budur ki, əgər onlar gerçəkdən də dövləti və onun rəhbərini sevirlərsə, onda nəyə görə Onun istiqamətləndirdiyi və nəhəng jurnalistlər ordusunun dəstəklədiyi media siyasətinə qarşı əks-dərnək yaradırlar?

“Media Klub” bu rellığa kölgə salmaq məqsədi daşıyır

Azərbaycanda azad medianın formalaşması mövcudluğunda hələ ötən ilin 19 aprelində əks-cəbhə marağında təsis edilmiş “Media Klub” bu rellığa kölgə salmaq məqsədi daşıyır. mumiyyətlə, həmin dərnək yaradılarkən, verilən “bəyanat” da bütün bunları təsdiq etməkdədir. Məsələn, deyilir ki, “klubun məqsədi ölkənin müstəqil, sağlam informasiya məkanının formalaşdırılmasıdır”, yaxud digər bir fikirdə deyilir ki, “Media Klub”un yaradılması ideyası Azərbaycan informasiya məkanının üzləşdiyi, ənənəvi KİV-in böhranı və sosial şəbəkələrin manipulyasiya sisteminə çevrilməsi cəhdləri ilə səciyyələnən çağırışlarla şərtlənib” (???!!!-R.R.)

Sual olunur: budurmu dövlətə və dövlət başçısına “sevgi”? Əgər burada xarici donor təşkilatların, xüsusilə Soros fondunun müdaxiləsi yoxdursa, bir zəhmət, adıçəkilən dərnəyin ona-buna işləyən nökərləri bunu real sübutlarla sübut etsinlər və Elimdar adlı reket və şantajçını ortaya atıb, onun “xidmətlərindən” yararlanıb, özlərini “süddən çıxmış ağ qaşıq” kimi ictimai rəyə zorla sırımasınlar.

Elimdarın Surxayla, Hikmətlə, Habillə də heç bir fərqi-filanı yoxdur

Yeri gəlmişkən, Elmidar Əliyevin adlnl “Google” axtarış sistemində yazarkən, nədənsə onun da adı digər reketlərin də adları ilə yanaşı çıxır. Məsələn, Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə), 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 302.1-ci (əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda) maddələri ittiham olunan Hikmət Nəcəflinin, yaxud, eyni maddələrlə ittiham edilmiş “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyevin və “Gündəlik Bakı”nın baş redaktoru olmuş, yenə də eyni ittihamlarla barəsində cinayət işi qaldırılmış Habil Vəliyevin...

Yəni demək istədiyimiz də budur ki, hətta “Google” axtarış sistemi belə, reket jurnalist məsələsində yuxarıda adları çəkilənlərlə yanaşı, jurnalist adına ləkə vuran işlərlə məşğul olan Elimdar Əliyevi də onlarla bərabər reket kimi təqdim edir. Daha doğrusu, Elimdarın Surxayla, Hikmətlə, Habillə də heç bir fərqi-filanı yoxdur.

“Fas”, “aport”, “Fu” komandalarına izafi canfəşanlıq, yaxud, Soros dayılarının sümükləri qurtararsa...

İndi isə keçək digər məsələyə. Əlində heç bir faktı, sübut və dəlili olmayan Elimdar Əliyevin sözün əsl mənasında, dördayaqlılar cinsindən olan “Bulmastif” kimi ortaya düşüb Soros dayısının “fas” əmrinə ram olması təəccüb doğurmur. Bu növ dördayaqlıların xas olduqları xasiyyətlərini izah edən ensiklopedik məlumata nəzər salarkən nə oxuyuruq? Bu kimi cinslər aqressivdir və küçük vaxtlarından tərbiyə olunmalıdırlar. Əks halda, onların xarakterlərinin dəyişdirilərək tərbiyə edilməsi mümkünsüz olur. Hər halda, Soros dayılarından sümük qırığı umanların da tərbiyə olunmaları məsələsi artıq çox gecdir. Görünür, bu səbəbdən dayılarının onlara verdiyi “fas”, “aport”, “fu” komandalarına izafi canfəşanlıqla, həm də çox aqressivcəsinə riayət edirlər. Lakin bu komandaları icta edərkən, unutmamalıdırlar ki, bir gün Soros dayılarının da sümükləri qurtara, bitib-tükənə bilər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə