Elman Məmmədov: “Prezidentin səfərləri sıradan təsadüfi səfərlər deyil" ÖZƏL-MÜNASİBƏT

“Ümumiyyətlə, dünya ölkələrinin prezidentləri içərisində ikinci elə bir prezident tanımıram ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qədər il ərzində regionlarda səfərlərdə olsun”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Deputatın sözlərinə görə, dövlət başçısının bu səfərləri təsadüfi deyil: “Həmin səfərlər məqsədli xarakter daşıyır. Bu səfərlərin hər birində həmin regionlarda yeni tikilib və istifadəyə verilmiş müxtəlif istiqamətli obyektlərin açılışı ilə bərabər, eləcə də səfər zamanı gələcəyə tikilişi istifadəyə verilməsi nəzərdə tutulan obyektlərin bünövrələrinin qoyulması əsas amil kimi götürülür. Bunların hamısı iş yerləridir və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Bu səfərlərin hamısı əhalidə ümidverici əhval-ruhiyyənin yaranmasıdır və cəbhəyanı bölgələrdə vətənpərvərlik ruhunun yüksəldilməsidir. Cənab Prezident hər zaman bildirib ki, “mən sizinlə birlikdəyəm və sizlə birlikdə bütün bu problemləri görürəm, yaaşayıram və həll edirəm”. Mən bunu belə hesab edərdim”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə