Putin və Pens qarşıdakı görüşü müzakirə ediblər

ABŞ-ın vitse-prezidenti Mayk Pens Rusiya prezidenti Vladimir Putinlə Şərqi Asiya Sammiti çərçivəsində G20 sammitində baş tutacaq ABŞ-Rusiya liderlərinin görüşünü müzakirə ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə “Ağ Ev”in mətbuat xidməti yayıb.

“Vitse-prezident və dövlət başçısı görüş zamanı ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Putinin Argentinada keçiriləcək sammitə nə zaman qatılacağını müzakirə ediblər”, -deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, G20 sammiti noyabrın 30-u və dekabrın 1-də Buenos-Ayresdə keçiriləcək. Tədbirdə Putin və Tramp arasında görüşlə bağlı razılıq əldə edilib.

Məlumat üçün nəzərinizə çatdıraq ki, liderlərin tam formatlı görüşü cari ilin iyul ayında Helsinkidə keçirilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə